ŞÜKÜR ETMƏK

İnsanın gün ərzində faydalandığı anda ağlına gətirmədiyi, düşünmədiyi, lakin itirdiyində dəyərinin fərqinə vardığı saysız-hesabsız nemət var. Müsəlman qarşısına çıxan hər incəlikdə, hər gözəllik və nemətdə uca Allahʹın üstün əxlaqının, rəhmətinin, sevgisinin və mərhəmətinin təcəllilərini görür. Aciz olduğunun, Rəbbimiz dilədiyi üçün nemətə qovuşduğunun, özünə aid nemət əldə edə biləcək heç bir gücü olmadığının şüurundadır. Şüuru açıq olduğuna görə Allahʹdan gələn hər gözəlliyi, hər neməti təqdir edə bilən və bütün bunlara daima şükür etmək ehtiyacı hiss edir.


Şükür etmək, verilən hər cür nemətə görə dillə və qəlblə Allahʹa olan minnət və təşəkkürünü ifadə etmək, bu nemətləri Quranda bildirildiyi kimi istifadə edərək haqqını vermək deməkdir. Şükür, hər cür nemətin yeganə sahibinin Allah olduğunun və yalnız Ondan gəldiyinin şüurunda olmaq, bunu qəlblə və dillə ifadə etməkdir. Şükür etməyin əksi isə Quranda nankorluq mənasına gələn “küfür” termini ilə bildirilir. Beləliklə, şükür etməyin Allah Qatında nə qədər əhəmiyyətli ibadət olduğunu və bu ibadətdən uzaqlaşmağın insanı nə qədər pis vəziyyətə saldığı göstərməsi yönündən kifayətdir.

Şükür həm böyük ibadət, həm də insanı “azğınlaşmaqdan” qoruyan qalxandır. İnsan nəfsində zəngin, güclü olduğunda zalımlaşmağa, zorbalaşmağa, vicdansızlaşmağa qarşı meyil var. Quran əxlaqına tabe olmayan bir insan zənginləşib böyük imkanlara qovuşarsa, adətən acizliyini unutmağa və qürurlanmağa başlayır. Şükür, elə bu “azğınlaşmanın” qarşısını alır.

Şükür edən insan bilir ki, əlində olan hər neməti ona verən Allahʹdır. Hər neməti də Allahʹın yolunda, Rəbbimizin istədiyi kimi istifadə etməklə məsuliyyət daşıyır. Özlərinə böyük məqam, böyük mülk və hakimiyyət verilən hz. Davud və hz. Süleymanın təvazökarlıqlarının və böyüklüklərinin sirri budur. Ona verilən mülkə görə azğınlaşan Qarunun da etdiyi xətalardan biri şükür etməyi bacarmamasıdır.

Əgər mömin ona verilən nemətlərə görə azğınlaşmayacağını, qürurlanmayacağını etdiyi şükürlə Allahʹa bildirərsə, Allah da ona daha çox nemət verər. Allahʹın Quranda verdiyi “O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir” (İbrahim surəsi, 7) hökmü bunu açıq-aydın ifadə edir.

Qəlblə və dillə olması ilə bərabər, şükrün feili olaraq edilməsi də çox əhəmiyyətlidir. Bu da verilən neməti Allah yolunda, Allahʹın rızasının ən çoxunu qazanmaq baxımından istifadə etməklə olur. İnsan mal, mülk, var-dövlət, məqam, mövqe, etibar, zəka, sağlamlıq, qüvvət kimi nemətləri Allah yolunda, Allahʹın əmr etdiyi tərzdə istifadə etməzsə, verilən nemətin şükrünü haqqı ilə təqdir etməmiş olar. Buna görə də şükür etmək Quranın bir çox ayəsində təkrarlanan və möminlərin çox dəqiqliklə yerinə yetirmələri lazım olan ibadətdir. Bu ayələrdən bəziləri belədir: Xeyr, yalnız Allaha ibadət et və (Onun nemətlərinə) şükür edənlərdən ol!” (Zumər surəsi, 66)

Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. (Nəhl surəsi, 114)

Şükür etməklə mömin Allahʹın sevgisini və məmnuniyyətini qazanar, Ona daha çox yaxınlaşar. Səbəblərə, vasitələrə ilişib qalmaz, yiyələndiyi hər şeyi yalnız Allahʹdan bilər və şirkdən uzaqlaşar. Bu şəkildə verilən nemətin maddi ləzzətindən qat-qat daha çox mənəvi ləzzətini dadar. Verilən bu nemətlər vasitəsi ilə Allahʹı ucaldar.


Bu dünyada verilən bütün nemətlər şükrü və ya nankorluğu aşkara çıxarmaq üçün imtahan vasitəsidir. Bu mühüm həqiqət hz. Süleymanın dilindən Quranda belə xəbər verilir:

Kitabdan xəbəri olan (bir başqa) kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” (Süleyman) taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki), həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyildir, Səxavətlidir!” (Nəml surəsi, 40)

Yenə hz. Süleymanın Quranda keçən ifadələrindən şükür edə bilməyin belə Allahıʹn çox böyük neməti olduğunu və yalnız Allahʹın lütfü və diləməsi ilə insanın şükür edə biləcəyini anlayırıq. Çox böyük batini sirri də əhatə edən hz. Süleymanın şükür etməklə bağlı duası ayədə belə bildirilir:

(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!” (Nəml surəsi, 19)

İman və bütün saleh əməllər kimi şükür etməyin Allahʹın ilhamı ilə olduğu ayədə aşkar bildirilmişdir.

Vicdanlı insan ətrafına baxdığı zaman dörd tərəfdən Allahʹın nemətləri ilə əhatə edilmiş olduğunu, bunların heç birinə öz gücünün çatmayacağını, yalnız Allahʹın diləməsi ilə bu nemətlərə qovuşa bildiyinin fərqinə varar. İnsanın özünə aid zənn etdiyi bədəni, ağılı, zəkası, duyğuları, sağlamlığı və qüvvəti belə bu nemətlərin yalnız bir hissəsidir.

Buna görə də şükür etmək yalnız müəyyən zamanlarda böyük qazanc və ya fayda əldə etdikdə, yaxud da dadlı yemək yedikdə, ya da pis hadisə sağ-salamat sovuşdurulduğunda yalnız dil ucuyla, “Əlhəmdulillah, Allahʹa çox şükür” demək deyildir. Şükür hər an bütün qəlbi ilə hiss edilməsi lazım olan mənəvi haldır. Çünki Allahʹın nemətlərini saymaqla, hətta, ayədə işlədilən ifadə ilə ümumiləşdirilərək sayılsa belə bitirmək olmaz:

Əgər Allahʹın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 18)


Allahʹın nemətlərinə şükür etməmək ya da az şükür etmək nankorluqdur. Bu isə şeytanın insanlara qarşı qurduğu çox böyük hiylədir. Şeytan hər zaman insanları şükür etməkdən yayındırmaq istəyir. Bu ayələrdə şeytanın öz ağzından belə xəbər verilir:

(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 16-17)

Şeytanın xüsusilə şükür etmək mövzusunda insanlara yaxınlaşacağını ifadə etməsi, bu ibadətin əhəmiyyətini də ortaya qoyur. Şübhəsiz, bu qədər əhəmiyyətli ibadəti tərk edərək nankorluq etməyin Allah Qatındakı qarşılığı da ona görə olacaqdır. Göründüyü kimi, şeytanın bütün cəhdləri yeganə əsas hədəf ətrafında toplanır; insanların şükür etməklərinə mane olmaq. Bununla bir çox insanlar üzərində də təsiri olmuşdur:

... Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın nemətlərinə və mərhəmətinə) şükür etməz! (Yunus surəsi, 60)

Uca Rəbbimizə lazımı qədər şükür edə bilmək üçün əvvəla bu ibadətin və bunun gərəkdirdiyi yüksək əxlaqın əhəmiyyətini qavramaq lazımdır. Şükür edən insan yiyələndiyi nemətin yeganə sahibinin və onu özünə verən tək qüdrət sahibinin Rəbbimiz olduğunu və Allahʹın qarşısındakı acizliyini bilir. Allahʹın böyüklüyünü, əzəmətini qulaqardına vuran, bu həqiqəti lazımı kimi təqdir edə bilməyən insanın şükrü də eyni dərəcədə səthi ola bilər.

Yalnız dilləri ilə iman etdik deyən, lakin Quran əxlaqını həyatlarına tətbiq etməyən insanlar, Allahʹa şükür etmək barəsində də qafil əxlaq sərgiləyirlər. Bu ibadəti yalnız başlarına gələn sıxıntı, xəstəlik ya da bəla kimi arzu edilməz vəziyyət aradan qalxdığında çox qısa vaxt ərzində xatırlayar, sonra yenidən Qurandan uzaq həyatlarına geri dönərlər. Quranda fəlakətə məruz qaldığı zaman dua edən, üzərlərindən sıxıntı qalxdığı zaman isə dərhal Allahʹa şərik qoşan insanların vəziyyəti bu mövzuya nümunə olaraq verilmişdir:

De: “Gizlində (Allahʹa) dua edib: “Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?” De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahʹdır. (Bütün bunlardan) sonra siz yenə də (Ona) şərik qoşursunuz?” (Ənam surəsi, 63-64)

Halbuki, şükür etmək insanın daşıdığı ən mühüm məsuliyyətlərindən biridir. Çünki hər insanın həyatı şükür edəcəyi saysız nemətlərlə doludur. Belə ki, bu nemətlərin ümumiləşdirsək belə sayıb bitirməyin mümkün olmadığı “Nəhl” surəsinin 18-ci ayəsində bildirilmişdir. Quranda şükür barəsində müəyyən sərhəd qoyulmadığından, insan əlindəki bütün nemətləri şükür vasitəsi olaraq qəbul edə bilər.

Şükür yalnız Allahʹa dildə həmd etməklə deyil, Rəbbimizin verdiyi bütün nemətləri Quran əxlaqını yaymaq üçün istifadə etməklə olur. Mömin, ona verilən hər şeyi Allah rızası üçün istifadə etməklə məsuliyyət daşıyır. Ən başda da Allahʹın ona verdiyi bədəni Onun rızasını qazanmaq üçün istifadə etməlidir.

Quranda Allahʹın nemətlərinə şükür etməyin, Onun nemətlərini başqalarına anlatmaqla, yəni Quran əxlaqını təbliğ etməklə olacağı belə ifadə edilir:

"Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni çaşqın olduğun halda, doğru yola yönəltmədimi? Kasıb olduğun zaman səni varlandırmadımı? Elə isə yetimə xor baxma! Səndən (kömək) diləyəni qovma! Və Rəbbinin nemətindən danış". (Duha surəsi, 5-11)

ALLAHʹA KÖNÜLDƏN ŞÜKÜR ETMƏK İMAN ƏLAMƏTİDİR

Uca Allah bir ayədə hz. Davud və əshabına "Ey Davud nəsli! (Bu nemətlərə) şükür edin! Qullarımdan şükür edəni azdır" (Səba surəsi, 13) deyərək buyurmuşdur. İnsanın həyatının hər mərhələsində, etdiyi hər işdə Allahʹın ona lütf etdiyi nemətləri görüb təqdir etməsi mühüm mömin əlamətidir. Bu ayədən də aydın olduğu kimi, şükür möminin həyatının hər anına hakim olub, fasiləsiz olaraq edilməli olan ibadətdir.



İman edənlər həyatları boyu qarşılaşdıqları müsbət və ya mənfi kimi görünən hər cür hadisə və vəziyyətin Rəbbimizin onlar üçün yaratdığı lütf, axirət həyatlarını qazana biləcəkləri sınaq vasitəsi olduğunun fərqindədirlər. Buna görə də onlara nemət verildiyində, sıxıntı ilə qarşılaşdıqlarında, maddi mənəvi hər şeyin Rəbbimizdən olduğunu bilərək Allahʹa şükür edərlər. Bu, möminləri digər insanlardan ayıran çox mühüm əxlaq üstünlüyüdür.

Bu əxlaqı ən gözəl tərzdə yaşayan dəyərli İslam alimlərindən Bədiüzzaman Səid Nursi, şükrün Allah’a yaxınlaşmaq və Rəbbimizin rızasını qazanmaq üçün nə qədər əhəmiyyətli vasitə olduğunu sözlərində belə bildirmişdir:

Aləmin yaradılmasının nəticəsinin ən mühüm olanı şükürdür… Bu kainatın ən mühüm meyvəsi şükürdür. Bu kainat fabrikinin veridiyi məhsulun ən yaxşısı şükürdür. (Məktubat, 28-ci Məktub, Şükür Risaləsi)

Bədiüzzaman Səid Nursi bir başqa sözündə isə şükür etməyin insanı uca Rəbbimizə yaxınlaşdıran çox mühüm ibadət olduğunu xatırlatmışdır:

İnsanı, cəmiyyətinə (birçox məna və həqiqətə sahib olmasına) görə ən ala (yüksek) mövqe olan ahsen-i takvimə (Allah’ın insanı ən gözəl biçimdə yaratmasına) çıxarmaq vasitəsi şükürdür. Şükür olmasa, esfel-i safiline (aşağıların ən aşağısı, cəhənnəmin ən aşağı təbəqəsinə) düşər, bir zulm-ü azimi (ən büyük zülm) irtikab eder (edilmiş olar). (Məktubat, 28-ci Məktub, s. 351)

Rəhman və Rəhim olan Rəbbimizin nemətlərinə qarşı necə şükür etmək lazım olduğunu Quran insanlara açıqlamışdır. Bəzən insanlar sadəcə söz ilə şükür edər, lakin bu hisslərini Allah’a qarşı göstərdikləri əxlaqda əks etdirməzlər. Halbuki, Allahʹa şükwr etmək həm sözlə, həm də feili olaraq bir yerdə yerinə yetirilməsi lazım olan ibadətdir. Böyük İslam alimi İmam Qazali şükrün həm qəlblə, həm dillə, həm də feili olaraq yaşanılması lazım olduğunu bir sözündə belə xatırlatmışdır.

Bil ki, ey oxucu, şükür qəlb, dil və əzalar ilə olur. Qəlb ilə şükür, xeyiri nəzərdə tutmaq və onu bütün məxluqat üçün gizləməkdən ibarətdir. (İmam Qazali, Qəlblərin Kəşfi, s. 345)