ALLAH’I DOST VƏ VƏLİ BİLMƏK

Allah’a könüldən yönələn, Onun yolunu ilə gedən hər insanı Rəbbimizin onu qoruduğuna, Onun yaxından izləməsinə hər an şahid olur. Allah səmimi olaraq edilən, haramdan uzaq olan və halala uyğun olan hər işdə möminlərin yolunu açar, onlara asanlıq verər. Allah Quranın bir çox ayəsində möminlərə mütləq kömək edəcəyini, onları qoruyacağını və daima yüksək mövqeyə gətirəcəyini vəd edir. Allah bu ayələrdən birində belə buyurur:

... Möminlərə kömək etmək Bizə vacibdir! (Rum surəsi, 47)

Allah’ın hər an köməyi ilə dəstək verdiyi möminlərə aid ən gözəl nümunələrdən biri hz. Musanın həyatıdır. Hz. Musa yaşadığı şəhərdən qaçdıqdan sonra Allah’a “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!” (Qasas surəsi, 24) deyərək dua etmişdir. Allah onun duasını qəbul etmiş və onu bir qövmlə qarşılaşdırmışdır. Beləcə, hz. Musa etibarlı insanların yanında qalmaq və işləmək imkanı tapmışdır.

Allah hz. Musaya peyğəmbərlik verdikdən sonra hz. Musanın istəyinə görə onu qardaşı hz. Harunla dəstəkləyərək gücləndirmişdir. Fironun və ordusunun hz. Musa və hz. Harunun ardınca getdikləri anda Allah yenə onlara kömək etmişdir. Allah hz. Musa və yanındakılara dənizi yararaq yolu açmış, Firon və ordusunu isə suda boğmuşdur. Allah hz. Musa və hz. Haruna etdiyi köməyini “Saffat” surəsində belə bildirir:

Biz Musa ilə Haruna da nemət bəxş etdik. Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq. Onlara kömək göstərdik və qalib gəldilər. (Saffat surəsi, 114-116)

Allah, hz. Nuha da kömək etmişdir. Hz. Nuha qövmünə üz verəcək bir tufandan onu və digər inananları qorumaq üçün gəmi düzəltməsini vəhy etmişdir. Allah hz. İsanı çarmıxa çəkilərək öldürüləcəyi anda Öz Qatına yüksəldərək qorumuşdur. Allah hz. Yusufu zindandan qurtarmış, ona mövqe və məqam nəsib etmişdir. Rəbbimiz hz. Muhəmmədə də hər zaman kömək etmiş, onun üzərindəki yükü azaltmışdır. Allah Quran ayələri ilə Peyğəmbərimizin (s.ə.v) vəlisi, qoruyucusu və köməkçisi olduğunu müjdələyərək möminlərin qəlblərinə rahatlıq və arxayınlıq duyğusu vermişdir. Allah’ın iman edənləri köməyi ilə müjdələdiyi ayələrindən bəziləri belədir:

De: “Əgər Allah sizə bir pislik (etmək) istəyərsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq (etmək) istəsə, (Ona kim mane ola bilər)?” Onlar özləri üçün Allah’dan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər. (Əhzab surəsi, 17)



Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. (Mömin surəsi, 51)

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. (Saffat surəsi, 171-173)

Ey iman gətirənlər! Əgər siz Allah’a (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər. (Məhəmməd surəsi, 7)

İnsan hər anında Allah’a möhtacdır. Heç bir insanın Allah’dan başqa köməkcisi yoxdur. Hər hansı sıxıntı ilə qarşılaşdığında ona kömək edən yalnız Allah’dır. Allah’ın insanlara rəhməti olaraq dünya həyatında qarşılaşa biləcəkləri çətinlikləri aradan qaldırmaları üçün bir cox nemət yaratmışdır. İnsanın bu nemətlərdən istifadə edərkən, bunları müstəqil güc sahibi varlıq olaraq düşünməsi böyük xəta olar. Çünki əslində bütün bunları yaradan Allah’dır və hər biri ancaq Allah’ın diləməsi ilə insanlar üçün nemətə və rəhmətə çevrilir. Məsələn, xəstəliyi üçün həkimdən kömək istəyən insana, əslində bu köməyi çatdıran yalnız Allah’dır. Həkim isə ancaq Allah’ın diləməsi ilə insana şəfa verə bilər. Eyni şəkildə hüququnu qoruması üçün özünə vəkil tutan kimsənin də əsil vəkili ancaq Allah’dır. Vəkil ancaq Allah’ın diləməsi ilə insanın haqqını qoruya bilər ya da onun adına ədaləti təmin edə bilər. Həqiqətdə isə hadisələri ən gözəl tərzdə nəticələndirən və insana nemətini çatdıran yalnız Allah’dır.

Hər işində daima Allah’a üz tutan, yalnız Rəbbimizi vəkil bilən insanın yeganə dostu və köməkçisi Allah’dır. Allah möminlərə istədiyi yollarla köməyini çatdırır. Bu həqiqətlərin fərqində olan insan heç vaxt insanlardan və ya başqa güclərdən mədət ummaz. Bütün köməyin Allah’dan gəldiyini bilir, hər şeyi Allah’dan istəyir. Müvəffəqiyyət qazandığında, qalib gəldiyində, xeyrinə olan bir işlə qarşılaşdığında dərhal Allah’a üz tutub şükr edər, köməyinə görə Allah’a minnət duyar. Bütün həyatı boyu Allah’ın köməyini və dəstəyini gördüyü və bütün bu hadisələri yaradanın Allah olduğunu bildiyi üçün əslində Rəbbimizə minnət duyar və Ona qəlbdən və coşğulu sevgi ilə bağlanar. Allah insanların əsl dostunun və köməkçisinin ancaq Özü olduğunu Quranda belə xatırladır:

... Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir? Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allah’a məxsusdur? Sizin Allah’dan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır. (Bəqərə surəsi, 106-107)