ALLAH’A KÖNÜLDƏN GÜVƏNİB RAZI OLMAQ

Rəbbimiz olan uca Allah sonsuz gözəl əxlaqlı, qullarına qarşı sonsuz şəfqət, mərhəmət və ədalət sahibidir. Allah hər insanın imanı anlaması, Allah’ın böyüklüyünü görüb təqdir etməsi, Müsəlman fitrətini yaşayıb cənnətə layiq əxlaqa çata bilməsi üçün qədəri ən mükəmməl və ən hikmətli tərzdə yaradandır. Allah Rəhman və Rəhim isminin təcəllisi ilə yüksək ağlı və ədaləti ilə hər qulu üçün ən gözəl qədəri müəyyən etmiş, onun üçün ən hikmətli həyatı yaratmışdır. İnsanın bütün həyatı boyunca qarşılaşdığı çətinlik, sıxıntı, yoxsulluq, əksiklik, məhrumiyyət kimi görünən hər məqam Rəbbimizin rəhmətinin təcəllisidir.

Bəzi insanlar Allah’ın yaratdığı hadisələrin hikmətləri aydın şəkildə üzə çıxana qədər bunların özləri üçün xeyir olduğunu anlamaz və buna görə də Allah’a tamamilə təslim olmazlar. Halbuki, Allah’ın dünya həyatında insanlar üçün yaratdığı nemətlər və gözəlliklər qədər məhrumiyyət, çətinlik və ya sıxıntılar da dünyada və axirətdə çox böyük xeyirlərə səbəb olan hadisələrdir. Əvvəldə baş verən bu əksikliklər çox vaxt sonda böyük nemətlərin meydana gəlməsinə səbəb olur. Çətinlik və sıxıntılar Allah’ın qullarını gözəl əxlaqa və cənnətə layiq qullar etmək üçün yaratdığı imtahan vasitəsidir.

Mömin nəfsinə çətin gələn, səbr etməsini, təvəkkül etməsini təmin edən vəziyyətlərlə qarşılaşdığında, bunların mütləq xeyrinə olduğunu, nəticədə Allah’ın bunu mütləq gözəlliyə çevirəcəyini əsla unutmamalıdır. Ani, gözlənilməyən ya da qarışıq kimi görünən vəziyyətlərdə də bu şüur açıqlığı ilə düşünməli, Allah’a qarşı təslimiyyətli əxlaq göstərməlidir.

Allah peyğəmbərlərin həyatlarında da bu cür hadisələr yaratmışdır. Tarix boyu göndərilən elçilər, peyğəmbərlər, səhabələr daim çətinliklərlə üzləşmiş və kamil imana bu vəsitə ilə çatmışdılar. Buna görə də möminin hər vəziyyətdə səbr etməsi, iradəli olması, hikmətini anlamasa da Allah’a güvənib “Rəbbim mütləq bunu mənim üçün xeyir olaraq yaradır” deyə düşünməsi lazımdır. Bunun əksi cahiliyə insanlarının göstərdiyi əxlaqdır. Bu insanların bəziləri nemət gəldiyində Allah’ı təqdir edə bilir, şükr edə bilirlər. Amma ən kiçik bir axsaqlıq, əksiklik, qəm, qüssə ya da səbr etmələrini tələb edən vəziyyətlə qarşılaşdıqlarında Allah’ı dərhal unudurlar.

Düşünmürlər ki, əgər Allah’ın bütün bunları mütləq hikmətlə yaratdığına inanıb güvənsələr, səmimi şəkildə Allah üçün gözəl əxlaqla davransalar, Allah mütləq yardımını, nemətini və rəhmətini onlardan əsirgəməz. Göstərdikləri bu əxlaqın ucbatından da, o hadisə onlar üçün həqiqətən də dünyada da, axirətdə də əleyhlərinə nəticələnir. Beləliklə, mömin əgər Allah’ın rızasını, rəhmətini və cənnəti qazanmaq istəyirsə, onda cahiliyyə inancları ilə hərəkət edən insanların bu hərəkətindən fərqli əxlaq göstərməli və Allah’a olan səmimi etibarını ortaya qoymalıdır.

Çünki möminin ən mühüm xüsusiyyətlərindən biri həyatının hər anında dərin imanla yaşamasıdır. Allah’ın bildirdiyi həqiqətlərin hər an şüurunda olaraq yaşaması, onu ətrafındakı cahiliyyə əxlaqı göstərən insanlardan ayıran nemət və gözəllikdir. Allah’dan başqa İlah olmadığının, insanların heç bir gücü olmadığının, hadisələri yaradanın, sözləri söyləyənin, qərarları verənin insanlar olmayacağını, bunların hər birində Allah’ın uca təqdirinin təcəlli etdiyini heç unutmaması lazımdır.

Allah’ın qüdrəti hər şeyi bürüyüb əhatə etmişdir. Allah diləmədikcə heç bir insan öz iradəsi ilə nəyəsə qərar verə bilməz, qənaətə gəlməz, tənqid edə bilməz, buğz edə bilməz, sevgi duymaz, etibar edə bilməz. Bunların hamısını insanların qəlbində müəyyən hikmətlərlə meydana gətirən yalnız Allah’dır. Beləliklə, mömin hər nə ilə qarşılaşırsa qarşılaşsın, Allah’ın hər şeyi hikmətlə yaratdığını bilməyin verdiyi sevinc və xoşbəxtlik içində şükr edici əxlaq, könüldən təslimiyyət və qənaətkarlıq içində yaşayar. Allah’ın mərhəmətini yalnız özünə nemət verildiyində deyil, sıxıntı və çətinlik anında da hiss edər və Allah’a çox dərin sevgi ilə bağlanar.