ALLAHʹA COŞĞULU SEVGİ İLƏ BAĞLANMAQ

Hər iman sahibi Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v), digər peyğəmbərlər və Quranda bəhs edilən saleh möminlər kimi güclü Allah sevgisinə yiyələnmək istəyir. Bu sevgini qəlbdə yerləşdirməyin yolu səmimi iman və səmimi duadır. Unutmayın ki, coşğulu Allah sevgisi və Allah eşqini qəlblərə ilham edən və yerləşdirən yalnız uca Rəbbimizdir.

SEVGİ HİSS ETDİYİMİZ HƏR ŞEY ALLAHʹI ANMAQ ÜÇÜN SƏBƏBDİR


Aləmləri yoxdan yaradan uca Allah kiçik tutuquşunda belə insanın çox xoşuna gələn bir çox xüsusiyyət yaradır. Adətən, insan səsi çıxardaraq danışmağı bacaran, mavinin, sarının, yaşılın fərqli tonları ilə çox estetik görünüşə malik olan və sevilməkdən çox xoşu gələn bu kiçik canlılar Allahʹın sonsuz kainatda yaratdığı saysız gözəllikdən yalnız biridir. Bütün insanlar bu sevimli canlıların görünüşündən zövq alır. Lakin bu görünüşün arxasında Allahʹın sonsuz elminin olduğunun şüurunda olan insanın hərəkəti və düşüncəsi başqa insanlarla müqayisədə olduqca fərqlidir. Bu şüurla hərəkət edən insan gördüyü gözəlliklər qarşısında Allahʹı zikr edir. Allahʹın ona verdiyi sevgi, şəfqət və mərhəmət duyğuları ilə şükür edir. Buna Quranda belə nümunə verilir:

“Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allahʹa sığınan bir kimsə idi. (Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm. Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Süleyman dedi: ) “Onları (atları) mənə qaytarın!” (Atlar qaytarılıb gətirildikdən sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı”. (Sad surəsi, 30-33)



Ayələrdən də aydın olduğu kimi, bütün sevgilərin qaynağında Allah sevgisi və Allahʹı zikr etmək məqsədi olmalıdır. Bütün iman edənlər üçün gözəl yol göstərici olan bu nümunə bizlərə şahid olduğumuz bütün gözəlliklərə qarşı necə hərəkət etməyimizi də göstərir.

ALLAH EŞQİ HƏR AN, HƏR DƏQİQƏ YAŞANAN SEVGİDİR

Vicdanı ilə ətrafındakı mükəmməl nizamı dərk edən insanlar üçün bütün kainat, Allahʹa olan sevgilərini artıracaq səbəblərlə doludur. Bir ayədə belə buyrulur:

“Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!” (Casiyə surəsi, 13)

Ayədə bildirildiyi kimi, göylərdə və yerdə olanların hamısının Allah tərəfindən verilmiş nemət olduğunun unudulmamasıdır. Yağışı gətirən buludlar, yaşamağa əlverişli olan yeganə planet Dünya, fasiləsiz olaraq bizə fayda verən Günəş, yüzlərlə mineral yerləşdirilərək məhsul əldə etməyə əlverişli vəziyyətə gətirilən torpaqlar və içində milyonlarla canlının yaşadığı dənizlər kimi saymaqla bitməyən bir çox nemət ilk baxışda insan üçün çox əhəmiyyətli olan və çılpaq gözlə də görünə bilən nemətlərdir. Bunlarla birlikdə bizi bir yerdən başqa bir yerə aparan avtomobillər, istifadə etdiyimiz mobil telefonları, kompyuterlər, internet, yaşadığımız evlər, kranı açdığımızda axan isti su, tənəffüs etdiyimiz oksigen...


Hamısı uca Allahʹın bizim üçün ram etdiyi və faydalanmağımız üçün verdiyi gözəlliklər və nemətlərdir. Allah bir ayədə insanların, “Əgər Allahʹın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz” deyə bildirmişdir (Nəhl surəsi, 18). Dərin düşünən iman sahibləri bu nemətləri və nemətlərdəki incəlikləri əksiksiz görməyə cəhd edirlər. Hər an, hər dəqiqə Allahʹı xatırlamaq, zikr etmək, şükr etmək və daha çox sevmək iman edənlərin qəlblərinin eşqlə Allahʹa bağlanmasına səbəb olacaqdır.

Allahʹı eşqlə sevən bir insan heç vaxt Allahʹın nemətlərini unutmaz. Günəşin hər səhər yenidən doğuşunu nemət olaraq görər, hər yağış yağanda, hər yarpaq düşdükdə, hər yediyi tikədə, hər nəfəs aldığında Allahʹı anar. Hər şey ona Allahʹı xatırladır və heç bir şey ona Allahʹı unutdurmaz.

ALLAHʹI İSİMLƏRİ İLƏ TANIMAQ RƏBBİMİZƏ OLAN SEVGİMİZİ ARTIRIR

Quran ayələrində Allah insanlara Özünü uca isimləri ilə tanıtmışdır. Rəbbimizin üstün əxlaqının və bənzəri olmayan isimlərinin hər birinin öyrənilməsi insanın Rəbbimizi tanıyıb, tam olaraq təqdir edib və Ona dərin sevgiylə bağlanması lazımdır. Allah qullarını sevən, onlar üçün gözəllik diləyən, onları bağışlayan, onlara kömək edən, rəhməti çox geniş olan və qarşılıqsız olaraq lütf edəndir. Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz, yaxşılığa qat-qat artıq qarşılıq verən, qoruyan, doğru yola çatdıran, bütün dualara cavab verən, möminlərin həqiqi dostu, vəlisi və köməkçisi olan və səmimi qulları üçün sonsuz cənnət nemətlərini yaradandır. İnsanın uca Allahʹın bu üstün əxlaqını düşünüb təfəkkür etməsi, həyatının hər anında Allahʹın sonsuz sevgisini, şəfqətini və rəhmətini görməsi, Ona şükrünün və sevgisinin daima artmasını təmin edir.

ALLAH SEVGİSİNİN ƏHƏMİYYƏTİ


Bədiüzzaman Səid Nursinin hikmətli sözlərindən biri belədir “Dost istəyərsən Allah yetər. Bəli, O dostdursa hər şey dostdur”. Həqiqətən də Allahʹı yetərincə tanıyan və təqdir edən insan üçün yalnız Allahʹın ona dost olması kifayət edir. Uca Rəbbimiz sonsuz kainatın, bütün varlıqların tək hakimidir. Hər şey Onun iradəsindədir. Bütün qəlblər Allahʹın əlindədir.


Allahʹı həqiqi mənada dost bilmək, Onu razı etmək möminin həyatındakı ən mühüm və ilkin hədəf olmalıdır. Digər hər şeyi ertələmək olar, amma bu ertələnməyən, təxirə salınmayan, zəiflik göstərilməyən çox əhəmiyyətli mövzudur. İnsanın qəlbinin hər an razı olması, dinclik və rahatlıq tapa bilməsi buna bağlıdır. Buna görə də insanın Allahʹa təslim olması çox dəqiq olması, Allahʹın məmnun olacağı əxlaqı göstərməsi və bacardıqca pis davranışlardan çəkinməsi lazımdır. Allah Quranda qullarına məmnun olacağı əxlaqı bildirmiş, eyni şəkildə razı olmayacağı hər şeyi də xəbər vermişdir. Belə vəziyyətdə insanın edəcəyi şey, vicdanının səsini dinləmək, tam təslim olaraq, səmimi qəlblə Rəbbimizə yönəlməkdir.

Allahʹı sevən və Allahʹdan qorxan insan, Onun sərhədlərini böyük şövq və istəklə qoruyar. Allahʹın hər əmrini qüsursuz yerinə yetirmək üçün diqqətli olar, Allahʹın məmnunluğunu, sevgisini, rəhmətini və cənnətini qazanmaq üçün bütün həyatı boyu var gücü ilə çalışar.