ALLAH ONA YÖNƏLƏNİN HİMAYƏDARIDIR

Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (Bəqərə surəsi, 257)

İnsanın həm dünyada, həm də axirətdə yeganə həqiqi dostu var. O da uca Rəbbimiz Allah’dır. Rəbbimiz iman edən insanı heç vaxt tərk etmir, hər çətinlikdə ona kömək edir. Doğulduğu gündən öldüyü günə qədər daima onunla birlikdədir. Onu düşmənlərinə qarşı qoruyur. Onun üçün hər kəsdən daha etibarlıdır, daima qarşılıqsız ərmağan edəndir. Allah möminlərin ən çox güvəndiyi, ən yaxın dostudur. Ona inanan insanları hər cür əksiklikdən və xətadan qoruyur, onlara xüsusi həyat və axirətdə də heç vaxt tükənməyən mülkünü vəd edir.


İnsan ömrü boyu etibar etdiyi, hər vəziyyətdə sıxıntısını aradan qaldıran, varlı və güclü insan axtarışındadır. Ancaq bəzi insanlar bunu axtararkən onu yaradan, həyatını davam etdirməsini təmin edən, böyük güc sahibi, hər şeyə qadir olan Rəbbimizi unudur. Ona pislikdən başqa heç bir xeyri olmayan şeytanı dost bilir. Bu onun üçün qaranlıq dünyanın başlanğıcıdır.

Allah’a iman edən, imanında da səmimi olan insanlar isə artıq məğlubiyyəti olmayan şərəfli və xeyirli həyata addım atırlar. Allah əsl böyük qarşılığı axirətdə onlara verəcəkdir. Allah inananların dünyada və axirətdəki yeganə həqiqi dostudur. Allah’ın vəli ismi ayələrdə belə xəbər verilir:

Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər! (Nisa surəsi, 45)

O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allah’a təvəkkül etsinlər. (Ali-İmran surəsi, 122)

(İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini (hər yana) yayan Odur. O, Himayəçidir, Tərifəlayiqdir. (Şura surəsi, 28)